Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Bakı Ağ Şəhər” layihəsi 5 illiyini qeyd edir

Bakı, 24 dekabr, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyev müstəqilliyin bəxş etdiyi ilk fürsətdə Qara Şəhərin ölkəmizin cənnət guşələrindən birinə çevrilməsini prioritet məsələlərdən biri kimi müəyyənləşdirmişdi. 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyulub. Bu gün “Bakı Ağ Şəhər” 5 illiyini yeni məhəllələrin ilk sakinlərə təhvilə tam hazırlığı ilə qeyd edir. Layihənin reallaşması zamanı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” əsas götürülüb. 221 hektar ərazidə yenidənqurma işləri gündən-günə vüsət alıb.

“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif memarlıq üslubları, ekoloji məsələləri və “Ağ Şəhər”in paytaxtın digər hissələri ilə qovuşmasını özündə birləşdirən layihənin reallaşması sırf peşəkarlara etibar olunub. Yerli şirkətlərlə yanaşı “Atkins”, “UN Studio”, “Foster and Partners”, “F+A Architects” və digər dünya şöhrətli memarlıq qurumları bu layihəyə cəlb edilib. “Bakı Ağ Şəhər” layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınmış layihədir. Ötən illər ərzində layihə “CityScape Global”, “MİPİM Asia”, həmçinin digər sərgilərdə “Ən Yaxşı Şəhərsalma Layihəsi” və digər nominasiyalarda birincilik qazanıb.

Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan müvafiq saziş əsasında Bakıda Fransız Liseyinin tikintisi məhz “Bakı Ağ Şəhər”də başlayıb. 2014-cü ildə liseyin tikintisi ilə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland tanış olublar. Müasir memarlıq üslubu və xüsusi təhsil şəraitinə malik liseydə 320 şagird təhsil ala bilər.

Böyük uğurla nəticələnmiş “Bakı Ağ Şəhər”in ilk əsas hissəsi və giriş qapısı sayılan yüksək səviyyəli “Bakı Ağ Şəhər” ofis binası hələ layihələndirildiyi dövrdə beynəlxalq memarlıq aləmində tanınmış “Asia-Pacific Property Awards - 2011”, “Azeri Business Awards - 2011”, “İlin Şirkəti - 2014” mükafatları ilə təltif edilib. Ofis binasının açılışı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2014-cü il dekabrın 24-də baş tutub. “BREEAM” beynəlxalq ekoloji sertifikata layiq görülmüş bu biznes mərkəzi Azərbaycanda ekoloji sertifikasiyadan keçmiş ilk binadır.

2015-ci ildə istismara verilən 110 min kilovoltluq “Ağ Şəhər-1” elektrik yarımstansiyası yaxınlıqda yerləşən “Liman” yarımstansiyası ilə birlikdə ətraf ərazilərin, eləcə də “Bakı Ağ Şəhər”in keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin edir. Elektrik şəbəkəsi daxilində Yaşıl Ada kvartalında 3 ədəd yarımstansiya tikilib.

Nobel prospekti ilə paralel inşa olunmuş dənizkənarı yol da dövlət başçısının tapşırığına əsasən, “Bakı Ağ Şəhər”in ən müasir standartlara uyğun abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin tərkib hissəsidir. Füsunkarlığı ilə diqqət çəkən “Ağ Şəhər” bulvarı buradan dənizə açılan mənzərəni daha da cazibədar edir. Uzunluğu 5 kilometr olan bu məkan dünyanın diqqət mərkəzində olan İlk Avropa Oyunları zamanı turistlərin ən çox üz tutduqları istirahət yerlərindən biri olub. “Bakı Ağ Şəhər”in ilk 5 ulduzlu “Boulevard Hotel”i “Absheron Hotel Group”a daxildir.

Layihənin icrası müddətində 700 min kubmetr həcmində neft tullantıları ilə çirklənmiş böyük ərazi təmizlənərək şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. “Bakı Ağ Şəhəri”in 10 rayonundan 6-sı ekoloji baxımdan tamamilə təmizlənərək inşa edilir.

“Ağ Şəhər”in mərkəzində yeni Fəvvarələr Meydanı yerləşir. Yeddimərtəbəli müasir üslublu yaşayış binaları, park, piyada keçidi və ictimai parkinqdən ibarət bu kvartalda tikinti işləri gedir. Nobel prospekti boyunca Fəvvarələr Meydanının əsas hissəsi sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni “Central Plaza” meydanı Hollandiyanın “UN Studio” memarlıq bürosu tərəfindən layihələndirilib. Bu ofis kompleksi, həmçinin tikilməkdə olan “Ağ Şəhər” metro stansiyasının çıxışlarından birini də özündə cəmləşdirir.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikinti davam edir. Burada 20 mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Binaların üstünlükləri sırasına şəhərin ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.

“Ağ Şəhər”in lüks səviyyəli “Knightsbridge” (Naytsbric) yaşayış kompleksi də Park rayonunda inşa edilir. London şəhərinin eyniadlı eksklüziv yaşayış kvartalını təkrarlayan “Knighstbridge” kompleksi vaxtını və komfortunu dəyərləndirənlər üçün layihələndirilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Mənzillərin pəncərələrindən Nizami parkına və Fəvvarələr Meydanına mənzərə açılacaq. 6-7 mərtəbədən ibarət yaşayış binalarında geniş abad həyət və yeraltı parkinq də nəzərdə tutulub.

Bakı Metropoliteninin yeni stansiyalarının 3-ü məhz “Ağ Şəhər” ərazisində salınır. Bu stansiya metronun “Yaşıl xətti”ni genişləndirəcək. Hazırda Neft Emalı Zavodunun qarşısında “Y-15” stansiyasında tunelqazma maşınları üçün start kamerası hazırlanır. “Yaşıl xətt”ə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.

“Fransız məhəlləsi” adı ilə tanınmış Yaşıl Ada rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri tamamlanıb. Burada layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatıb və dövlət qurumları tərəfindən qəbul olunub. Qeyd olunan rayonun “Sahil 14” və “SETA MTK” yaşayış kompleksləri arasında “Ağ Şəhər”in ilk parkı salınıb. Uzunluğu 85 metr, eni 23 metr olan park rayonun unikal memarlıq üslubunu tamamlayır. Avtonəqliyyət vasitələrindən azad ərazidə sakinlərin komfortu və istirahəti üçün işıqlandırma, yaşıllaşdırma, velosiped dayanacaqları, küçə mebeli ilə təmin olunub. “Bakı Ağ Şəhər” layihəsinin müraciəti ilə Təhsil Nazirliyi tərəfindən 5 nömrəli Bakı Peşə Liseyində açılmış Bağban-Dekorator ixtisası üzrə təhsil alan tələbələr də artıq bu ərazidə təcrübə keçirlər.

Yaşıl Ada rayonu çərçivəsində əsaslı şəkildə yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri başa çatıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərdə 8 ədəd eskalator mövcuddur. Beləliklə, “Ağ Şəhər”in simvoluna çevrilmiş “Bakı Ağ Şəhər” ofis binasının qarşısından birbaşa olaraq şəhərlilərin sevimli gəzinti məkanı olan Ağ Şəhər Bulvarına və əksinə təhlükəsiz keçid təmin edilib. “Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 çoxsaylı kəsişən yolların təmiri və asfaltlanması həyata keçirilib. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.

Bu gün “Bakı Ağ Şəhər” layihəsi Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin və insan amilinin əsas meyar olmasının əyani təcəssümüdür. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir. Bu layihənin reallaşdırılması Qara Şəhərin sənaye simasını keçmişdə qoyaraq “Bakı Ağ Şəhər” layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələri səviyyəsinə çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”