CƏMİYYƏT


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən  apellyasiya protesti verilib

Bakı, 31 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məhkəmənin 2017-ci il 24 iyul tarixli hökmü ilə H.Həsənov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.