CƏMİYYƏT


Bakı Ali Neft Məktəbi Alman Akademik Mübadilə Xidməti ilə əlaqələrini genişləndirir

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə müəllim və tələbələrin görüşü keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov tələbələrin xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün yeni imkanların yaradıldığını söyləyib. Qeyd olunub ki, BANM-i bu il bitirən tələbələrin bir neçəsi müxtəlif təşkilatlardan iş təklifləri alıb. E.Qasımov DAAD-ın bu proqramının tələbələrin ilk növbədə xaricdə təhsillərini davam etdirə bilmələrini dəstəkləyəcəyini diqqətə çatdırıb.

Sonra R.Hüseynova DAAD və onun fəaliyyəti barədə təqdimatla çıxış edib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD əməkdaşlığından danışıb. Bildirilib ki, Alman Akademik Mübadilə Xidməti özündə 238 alman ali təhsil müəssisəsini, dünya üzrə 15 xarici nümayəndəliyi birləşdirir.

DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumat verən qonaq təqdim edilən proqramın Almaniyanin ali təhsil ocaqlarında, elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını, bununla intellektual gənclərə dəstək olduğunu vurğulayıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.