MƏDƏNİYYƏT


Bakı Beynəlxalq Caz Festivalına yekun vurulub

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də “Sputnik Azərbaycan” mətbuat mərkəzində KİV nümayəndələrinin Bakı Beynəlxalq Caz Festivalının direktoru Leyla Əfəndiyeva və festival iştirakçıları ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, L.Əfəndiyeva budəfəki festivalın miqyasına görə əvvəlkiləri geridə qoyduğunu diqqətə çatdırıb. Bu möhtəşəm musiqi bayramında Linli Mart, Omar və s. kimi məşhur cazmenlər, dünyanın 10-dan çox ölkəsindən çoxlu sayda duet, trio və qrup iştirak edib. Festival caz musiqisinin təbliğinə və gənc istedadların üzə çıxarılmasına yönəlib. Qeyd edək ki, Azərbaycan musiqiçiləri də çox gözəl çıxış edərək, dinləyicilərin böyük rəğbətini qazanıblar. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə təşkil edilən caz forumu çərçivəsində ustad dərsləri və sərgilər keçirilib. Bu festival dünya musiqi ictimaiyyətinin nümayəndələri və melomanlar üçün əsl bayrama çevrilib.

Sonra L.Əfəndiyeva və festival iştirakçıları jurnalistlərin suallarına cavab veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.