CƏMİYYƏT


Bakı Dövlət Universiteti ilə Şimali Sumatera İslam Dövlət Universiteti arasında müqavilə imzalanıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə İndoneziyanın Şimali Sumatera İslam Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, müqavilədə müəllim və tələbələrin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların təşkili və bu kimi digər məsələlər əksini tapıb.

Görüşdə Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanı BDU-da görməkdən məmnunluğunu bildirən rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən, İndoneziyanın ali təhsil müəssisələri ilə əməkdaşlığından danışıb.

Professor Saidurrahman Birinci İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu deyib. Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən qonaq bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Görüşdə, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.