CƏMİYYƏT
Bakı Humanitar Forumunun iştirakçıları Beynəlxalq Əlillər Cəmiyyətinin rəqs qrupunun üzvləri ilə görüşüblər
Bakı, 5 oktyabr, AZƏRTAC
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Almaniyadan gəlmiş psixoloq Qalina Xainzelmann və latviyalı psixoterapevt Marina Daliba “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupunun üzvləri ilə görüşüblər.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, rəqs qrupu bu günlərdə Bakıda keçirilən əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalında iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif edilib. Diplomları İctimai Birliyin sədri Tahir Xudiyev, Marina Daliba və Qalina Xainzelmann görüş zamanı uşaqlara təqdim ediblər.
Sonra uşaqlar milli rəqslərimizi nümayiş etdiriblər. Məcburi köçkün ailəsindən olan Röya Əhmədova “Sultanım” mahnısını ifa edib. Qonaqlar Azərbaycanın milli rəqslərinə və musiqisinə valeh olduqlarını, bu görüşdən böyük zövq aldıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]