MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Furioso” kvarteti çıxış edib

A+ A

Bakı, 24 sentyabr, Aynur İsmayılova, AZƏRTAC

Sentyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsertdə “Furioso” kvarteti çıxış edib. Konsertdə Səid Məmmədov (skripka), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel), Süleyman Babakişizadə (skripka), Kəmalə Neymanova (fortepiano) çıxış ediblər.

Gecədə K.Debüssinin “Kvartet g-moll”, A.Dvorjakın “2 saylı fortepiano kvinteti A-dur”, Q.Qarayevin “Klassik süita” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.