CƏMİYYƏT


Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Bakı-Quba avtomobil yolunun 11-ci kilometrliyində yerüstü piyada keçidinin inşası ilə əlaqədar sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci kilometrliyindəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 07:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sürücülər sentyabrın 17-də Bakı şəhəri istiqamətinə, eləcə də sentyabrın 18-də hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu kilometrliyindən (Xırdalan–Binəqədi şosesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı kilometrliyindən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.