İQTİSADİYYAT


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edilib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışını təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər aşkar edilib, maneələr aradan qaldırılıb.

Nəzərə çatdırılıb ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22-ci kilometr hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min kvadratmetr səki tikilib, 10,9 min poqonmetr səki daşları quraşdırılıb, avtobusların dayanması üçün 3 ədəd “cib”lər, eləcə də yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 poqonmetr yağış-kanalizasiya xətti tikilib.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 kilometr olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılıb və xüsusi siqnal dirəkləri ilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.