İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tezliklə bitəcək

A+ A

Bakı, 14 oktyabr, Elvin Camalov, AZƏRTAC

Türkiyə tərəfi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisini tezliklə bitirəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

O bildirib ki, BTQ dəmir yolunun Türkiyə hissəsinin tikintisi son mərhələdədir. Bu layihə qısa müddətdə başa çatmalıdır və bununla da dəmir yolu vasitəsilə birbaşa Çindən Avropaya əlaqə qurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.