MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı mövsümə “Dovşanın evi” tamaşası ilə yekun vuracaq

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı mövsümü “Dovşanın evi” tamaşası ilə yekunlaşdıracaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa iyulun 15-də Q.Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunacaq.

İntiqam və Arzu Soltanın qələmə aldığı pyes əsasında səhnələşdirilən tamaşa azyaşlı balalara yay töhfəsi olacaq. Səhnə əsərində rəsmlərin quruluşu Sevda Məmmədovaya, musiqi tərtibatı isə Rauf Hüseynliyə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.