CƏMİYYƏT
Bakı buxtasının ekoloji vəziyyəti müzakirə edilib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Bakı buxtasının ekoloji vəziyyətinə dair müzakirələr aparılıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə müəssisənin baş direktoru Ramil Əliyev, Fövqəladə Hallar Nazirliyinin layihələrin idarə edilməsi şöbəsinin rəisi Mirqasim Abasov və “Royal Haskoning” şirkətinin layihə rəhbəri Johan Mathijssen iştirak edib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru R.Əliyev qonaqlara müəssisənin fəaliyyətindən və ekoloji layihələrindən danışıb. “Royal Haskoning” şirkətinin layihə rəhbəri J.Mathijssen isə şirkətin fəaliyyəti, həmçinin şirkətin Azərbaycanda həyata keçirdiyi Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihə barədə geniş məlumat verib.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.