İDMAN


Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayacaq.

AZƏRTAC xəbər verir ki, 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında kata və kumite üzrə iki gün davam edəcək xatirə turniri Bakı İdman Sarayında təşkil ediləcək.

Yarışda yerli idmançılarla yanaşı, İran, Rusiya və Gürcüstan komandalarını təmsil edən 600-dək karateçi çıxış edəcək. İdmançılar həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Sonda qaliblər medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.