CƏMİYYƏT
Bakıda ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun konfransı keçiriləcək
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda yaradılan seysmik şəbəkə dünya beşliyi sırasındadır. Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) dünyada 20-dən çox ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. RSXM mühüm beynəlxalq seysmoloji təşkilatların - ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (IRIS), Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS), Amerika Geofizika Birliyi (AGB), Avropa Geofiziklər Birliyi (EGU), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Q.Yetirmişli cari ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə beynəlxalq layihədə iştirakın nəzərdə tutulduğunu və sentyabrda ABŞ-ın IRIS təşkilatının konfransının Bakıda təşkil ediləcəyini bildirib.