MƏDƏNİYYƏT


Bakıda “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq” adlı sərgi açılacaq

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Bakıda “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq” adlı sərgi açılacaq.

İB-dən AZƏRTAC-a bildirilib ki, iyulun 21-də baş tutacaq sərgi Azərbaycan-İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini və tarixi həqiqətlərini beynəlxalq ictimaiyyətə təbliğ etmək məqsədi ilə təşkil olunacaq.

Sərgidə Azərbaycan və İraq xalqlarının milli folkloru, tarixi, mədəniyyəti, incəsənət nümunələri, milli geyimi, musiqisi, mətbəxi və Qarabağ hadisələrində erməni separatçılarının törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.