CƏMİYYƏT


Bakıda “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 23-24-də Bakıda “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans MDB-yə üzv dövlətlərin 2020-ci ilədək dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planına əsasən təşkil olunacaq.

Konfransın məqsədi gənclərlə iş sahəsində qeyri-formal təhsil modellərinin tətbiqinə və inkişafına dair müzakirələrin aparılması, gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsidir.

Tədbirdə MDB-nin üzv dövlətlərdən 60-dək gənc iştirak edəcək. Konfrans çərçivəsində gənclərlə iş sahəsində qeyri-formal təhsilin rolu, könüllülük fəaliyyəti, gənclərin iştirakçılığı və təmsilçiliyi, qeyri-formal təhsil metodlarının tətbiqi vasitəsilə gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və s. mövzularda müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.