ELM VƏ TƏHSİL
Bakıda “Horizon-2020” proqramı çərçivəsində tədbir keçirilir
Bakı, 1 iyul, İbrahim Əsədov, AZƏRTAC
Bakıdakı “Kempinski Hotel Badamdar” mehmanxanasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının “Horizon-2020” Çərçivə Proqramı üzrə IncoNet ŞT layihəsi - Şərq Tərəfdaşlığı ölkələri ilə beynəlxalq əməkdaşlıq şəbəkəsi çərçivəsində tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, bir sıra xarici ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun xarici əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev çıxış edərək bildirib ki, tədbirdə “Horizon-2020” Çərçivə Proqramı və Azərbaycan alimlərinin bu proqramda iştirak imkanları barədə ətraflı məlumat veriləcək. Müvafiq layihələr üzrə sessiyaların keçiriləcəyini qeyd edən alim qarşıda duran digər vəzifələri də diqqətə çatdırıb.
Yunanıstanlı mütəxəssis Rafail Koumeri tədbirin əhəmiyyətindən danışıb.
Sonra Şərq Tərəfdaşlığı ölkələri üzrə enerji, ətraf mühit, iqlim və səhiyyə məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Tədbir iyulun 2-də başa çatacaq.