İQTİSADİYYAT


Bakıda MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti, 57-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin, Qazaxıstan Statistika Komitəsinin sədri Nurbolat Aydapkelov, Moldova Milli Statistika Bürosunun Baş direktoru Vitali Valkov, Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov, Belarus Milli Statistika Komitəsi sədrinin müavini Janna Vasilevskaya, Qırğız Milli Statistika Komitəsi sədrinin müavini Baisbek Qasımbekov, Tacikistan Statistika Agentliyi direktorunun müavini Qiyomiddin Davlatzoda iştirak ediblər.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Şuranın gündəliyi barədə məlumat verib.

Şuranın 57-ci iclasında MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlığın gedişatı, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilib.

Həmçinin Şurada MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının və MDB Dövlətlərarası Statistika Komitəsinin 2016-cı ildəki işi haqqında hesabatı, MDB Dövlətlərarası Statistika Komitəsinin 2018-ci il üçün işlər Proqramına baxılıb və təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.