Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Təhsil Nazirliyinin və “Caspian European Club” şirkətinin biznes-forumu keçirilib

Bakı, 6 may, AZƏRTAC

“Caspian European Club” şirkətinin mayın 6-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi biznes-forumda təhsil sahəsində islahatlar və inkişaf perspektivləri, bizneslə əməkdaşlıq imkanları müzakirə olunub. Bu barədə AZƏRTAC-a “CEIBC”-dən məlumat verilib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov biznes-forumda çıxış edərək bildirib ki, Azərbaycanda təhsilin inkişafı məsələlərinin “Caspian European Club” çərçivəsində müzakirəsini əhəmiyyətli hesab edir. Nazir deyib: “Gənclərimizin məqsədi özlərinin gələcək əmək fəaliyyətində istifadə edə biləcəkləri biliklərə yiyələnməkdir. Buna görə də təhsil sistemi həmişə işəgötürənlərin fikrini nəzərə almalıdır. Bu baxımdan “Caspian European Club” çərçivəsində müzakirələr çox əhəmiyyətlidir və ali məktəblərdə alınmış biliklərin praktik tətbiqi üçün platforma yaratmağa imkan verir”.

Nazir göstərilən fəaliyyət və nazirliyin həyata keçirdiyi layihələr, habelə təhsil sisteminin inkişaf planları haqqında məlumat verərək Azərbaycanda ibtidai, orta, ali təhsilin əsas aspektlərinə toxunub. O, peşə təhsili sistemində qarşıya çıxan məsələlərdən ayrıca bəhs edib.

Nazirin sözlərinə görə, 2013-cü ildə prezident seçkilərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafı üzrə dövlət strategiyasını təsdiqləyib. Burada gələcək fəaliyyəti müəyyənləşdirən 5 əsas istiqamət göstərilib. Cari ilin yanvarında bu strategiya əsasında Azərbaycan dövlətinin başçısı fəaliyyət planını təsdiq edib. “Yol xəritəsi” adlandırılan bu planda strategiyanın hədəflərinə nail olmaq üçün müddətlər və konkret təkliflər müəyyənləşdirilib. “Bu, bütün tərəflər - istər təhsil alan tərəf üçün, istərsə də cəmiyyətin digər nümayəndələri üçün çox maraqlı sənəddir” deyən nazir qeyd edib ki, “sənəd xüsusən biznes-perspektivlərin həyata keçirilməsi baxımından yeni imkanlar açır”.

M.Cabbarov strategiyanın beş əsas istiqamətindən söhbət açıb. O, qeyd edib ki, müəllim faktoru mühüm rol oynayır. Bununla əlaqədar olaraq müəllimlərin əməkhaqqının artırılması və onların iş yükü üzrə islahatlar həyata keçirilib. Nazir deyib: “Bu, qarşıdakı uzun illər üçün mühüm hədəflərə nail olmağa imkan verən və bir sıra digər islahatlar aparılmasını nəzərdə tutan çox mühüm islahatdır. Eyni zamanda yüksək balla ali məktəblərə daxil olanlar üçün. Onlar ilk növbədə, müəllim mövqeyini göstərir. Onlar üçün xüsusi təqaüdlər nəzərdə tutulub”.

Nazir, həmçinin bildirib ki, ümumi sayı 150 min nəfərdən çox olan müəllimlər üçün ixtisasartırma kursları keçirilir. Orta məktəb direktorları üçün də analoji proqramlar mövcuddur.

Nazir infrastrukturun inkişafından bəhs edərkən deyib ki, Azərbaycanda 4481 məktəb fəaliyyət göstərir, özü də müstəqillik dövründə təqribən 3 min məktəb tikilib və təmir olunub. Bu proses davam etməkdədir.

O, həmçinin ödənişli və dövlət tədris müəssisələri arasında olan “boşluqlar” məsələsinə də toxunub. Nazirin sözlərinə görə, Azərbaycanda təqribən 3 milyon şagird var və onların 1 faizindən azı, təqribən 10 min nəfər ödənişli məktəblərdə oxuyur. M.Cabbarov deyib: “Özəl məktəblərdə resurs dövlət məktəblərindəkindən fərqlidir. Dövlət hamını keyfiyyətli təhsillə təmin etməlidir. Gələn ildən biz məktəblər üzrə fənn təmayülləri tətbiq etməyi planlaşdırırıq”.

Nazir, həmçinin təhsilin getdikcə müasirləşən mahiyyəti məsələsinə də toxunub. O deyib: “Biz təhsil standartını, yəni, bu gün diplomlu ali məktəb məzununun hansı biliklərə yiyələnməli olduğunu müəyyənləşdirməliyik. Özəl şirkətlər 10-15 il təhsil almış məzunu o qədər də həvəslə işə götürmürlər. Buna görə də qabiliyyəti və dərrakəsi olan kadrlar formalaşdırmaq lazımdır”.

M.Cabbarov bunu da qeyd edib ki, nazirlik tələbələrə təqaüd ödənişi sisteminə münasibətin dəyişdirilməsini təklif edib. Yəni, qəbul imtahanlarında yüksək keçid balı toplamış gələcək tələbə ödənişsiz təhsil alır, lakin onun dövlətdən təqaüd alması ali məktəbdəki təhsilindən asılı olacaq. Beləliklə, yeni sistem tələbələr arasında akademik davamiyyət rəqabətinin artmasına gətirib çıxaracaq.

M.Cabbarov deyib ki, bundan başqa, cari tədris ilindən etibarən bəzi ixtisaslar üzrə ali məktəblərə qəbul zamanı gələcək tələbələrin bu ixtisaslar üzrə təhsilini davam etdirməsini təmin etmək üçün yeni minimum hədd tətbiq ediləcək.

Görüşdə bu mövzuda biznes-forum iştirakçılarının təklifləri, habelə “Caspian European Club” şirkətini maraqlandıran məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən “Caspian European Club” şirkətinin baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Forum” barədə məlumat verib. O, daim dəstək göstərdiyinə və “Caspian European Club”un üzvü olan şirkətlərlə fəal dialoq apardığına görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib. T.Əliyev konstruktiv dialoq üçün, habelə tədbir zamanı “Caspian European Club” üzvlərinin təklif və xahişlərinə diqqətlə yanaşdığı üçün Mikayıl Cabbarova təşəkkür edib.

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, nazirliklə əməkdaşlıq yollarını müzakirə ediblər.

O, qeyd edib ki, “Caspian European Club” 2002-ci ilin iyununda “Caspian Energy International Media Group” şirkətlər qrupunun fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən böyük neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” şirkətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, “Caspian European Club” yarandığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. “Caspian European Club”un yeni şirkətlərinə də sertifikatlar təqdim edilib. “Caspian European Club” şirkətinin biznes-forumunda Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik idarələrin nümayəndələri və şirkətlərin rəhbərləri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb