CƏMİYYƏT
Bakıda məişət tullantılarının çeşidlənməsi zavodunda silah-sursat tapılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 10 növ silah-sursat tapılıb. İş prosesi zamanı tapılan təhlükəli əşyalar "Təmiz Şəhər" ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqust ayında müxtəlif günlərdə 2 ədəd F1 əl qumbarasının korpusu, 2 ədəd F1 əl qumbarasının alışqanı, 1 ədəd pnevmatik tapança, 1 ədəd “Valtro” tapançası, 2 ədəd avtomat darağı, 1 ədəd patrondaş sepi, 162 ədəd 7.62 mm çaplı patron, 13 ədəd 5.45 mm çaplı patron, 1 ədəd 14.5 mm çaplı patron, 10 ədəd tapança patronu aşkar edilib.
Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-nin çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyəti üzrə təhvil verirlər.