CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta qeydə alınıb
Bakı, 23 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 23-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.
Yağıntının miqdarı Rvarudda (Lerik) 12, Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Kişçay, Yardımlıda 2, Oğuz, Şamaxı, Xaçmaz, Nabran, Kəlvəz, Lənkəran, Astara, Qazax, Cəfərxan, Sabirabad, Kürdəmir, Göyçay, Tərtər, Bərdə, Quba, Şəki, Daşkəsəndə 1, Abşeron yarımadasında - Maştağada 3, Bakı, Ələt, Çilov adası, Neft Daşları, Binə, Sumqayıt, Montin və Pirallahıda 1 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba və Kəlvəzdə 1 santimetr olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan Muxtar Respublikasında 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edib.