MƏDƏNİYYƏT


Bakıdakı Yunus Əmrə İnstitutu esse müsabiqəsi elan edib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakıdakı Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi elan edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilir. Müsabiqəyə Tanpınarın yaradıcılığı haqda esselər qəbul olunacaq. Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə esse qəbulu noyabrın 15-dək davam edəcək. Təqdim olunan esselər Türkiyə və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.

Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7 min işarədən başlayıb,10 mindən artıq olmayan, “Times New Roman” şrifti ilə yazılmış esselər qəbul olunacaq. Yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

Yarışmanın nəticələri dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.