İDMAN


Bakının ABU həndbol komandasının “Çelenc Cup” turnirindəki oyunlarının vaxtı dəqiqləşib

Bakı, 22 dekabr, AZƏRTAC

Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ABU komandası “Kram Start Elblaq” klubu ilə hər iki oyununu Polşada keçirəcək. Qarşılaşmalar gələn il fevralın 10-da və 11-də oynanılacaq.

İlk oyunda Rəfiqə Şabanovanın komandası nominal meydan sahibi kimi çıxış edəcək.

Xatırladaq ki, hənbolçularımız III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.