İQTİSADİYYAT
“BakuBus” MMC-nin 3 nömrəli marşrutu hərəkət istiqamətini dəyişib VİDEO
Bakı, 24 mart, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, “BakuBus” MMC 3 nömrəli marşrut xətti istiqamətində dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, martın 25-dən etibarən “BakuBus”a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun “Azadlıq prospekti” stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun “Dərnəgül” stansiyasının önü olacaq.
Qeyd edək ki, hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]