MƏDƏNİYYƏT
“Baku Creative Center” “Art cinema club” layihəsini həyata keçirir VİDEO
Bakı, 27 fevral (AZƏRTAC). “Baku Creative Center” növbəti layihəsini həyata keçirir.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, “Art cinema club” adlanan layihə çərçivəsində hər həftənin şənbə günləri rəssamlar, yaradıcı şəxsiyyətlər və incəsənət haqqında filmlər nümayiş etdiriləcəkdir. Əvvəlcədən keçiriləcək səsvermə nəticəsində təqdim edilmiş 5 film arasından seçilmiş bir ekran əsəri göstəriləcəkdir.
İlk nümayiş üçün “Frida”, “Mirvarili qız”, “Qoyyanın ruhları”, “Ən yaxşı təklif” və “Pollok” filmləri səsvermə üçün təqdim olunur. Nümayiş martın 1-də “Baku Creative Center”də keçiriləcəkdir.
Filmlər rus dilində nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]