CƏMİYYƏT


“Baku Steel Company” MMC-nin zavodunda partlayış baş verib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də “Baku Steel Company” MMC-nin Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində yerləşən zavodunda partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, istehsalat qəzası nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisi ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digərlərinin isə müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.