İQTİSADİYYAT
“Bank Technique” “3D Secure” texnologiyasına qoşulmasını təmin edib
Bakı, 14 sentyabr (AZƏRTAC). Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədilə, “Bank Technique” ASC MasterCard kartlarının “3D Secure” texnologiyasına pulsuz qoşulmasını təmin edib. Xatırladaq ki, bir qədər əvvəl VISA kart sahibləri bu xidmətdən yararlanmağa başlayıblar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, başqa şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür - bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulma mütləqdir).
Hazırda “Bank Technique”in 29 filial və 26 şöbəsi müştərilərin xidmətindədir.
Daha ətraflı məlumatı www.banktechnique.az saytından əldə etmək olar.