İQTİSADİYYAT
Bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Bu il noyabrın 30-na ölkədə fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31 milyard 869 milyon, cəmi öhdəlikləri 29 milyard 579 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2 milyard 290 milyon manatdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, söbələrinin sayı 129, ATM-lərin sayı 2 min 454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-un işçi heyəti 2 min 882 nəfərdir.
Bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.