CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi: Respublikanın avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır
Bakı, 17 fevral, AZƏRTAC
Respublikanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AZƏRTAC-a bildirib ki, respublikanın bütün avtomobil yolları nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Şəmkir-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, bütün istiqamətlərdə yollar nəqliyyatın hərəkəti üçün açıqdır.
K.Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, avtomobilləri mövsümi qış şinləri ilə təchiz etməyi, işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.