CƏMİYYƏT


Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı beynəlxalq mükafata layiq görülüb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı, liderlik, gender və inkişaf məsələləri üzrə ekspert Şəmsiyyə Mustafayeva Hindistanın Yeni Dehli şəhərində ənənəvi olaraq keçirilən Dünya Qadınlarının İqtisadi Forumunda beynəlxalq mükafatla təltif edilib. Ş.Mustafayeva Azərbaycanda və regionda qadınların inkişafına verdiyi töhfəyə görə “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülüb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, 150-dən artıq ölkədən 2 mindən çox nümayəndə heyətinin, o cümlədən 500-dən çox qadın liderin qatıldığı Forumda əsasən yaradıcılıq, innovasiya, özünü inkişaf, gələcəyə baxış, təhsil, karyera və s. istiqamətlər üzrə səmərəli müzakirələr aparılır.

Ş.Mustafayeva Forumda ölkəmizi təmsil edən yeganə azərbaycanlı olmaqla yanaşı, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk həmyerlimizdir.

Liderlik, gender və inkişaf məsələləri üzrə ekspert olan Ş.Mustafayeva hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rektorunun müşaviri və bu ali təhsil müəssisəsinin strateji inkişaf şöbəsinin müdiridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.