REGİONLAR


Bərdədə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Bərdə, 21 aprel, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində ictimai tədbirləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də Bərdə Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda növbəti tədbir keçirilib. Bərdə rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə icra hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb. Bildirib ki, ən müasir silah və hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu ötən ilin aprel ayında düşmənin cəbhədəki təxribatlarının qarşısını qətiyyətlə alaraq ondan dəfələrlə üstün olduğunu sübut edib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Bərdə rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.