ELM VƏ TEXNOLOGİYA


Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan silsilə tədbirlər keçirilir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Nardaran Bilik Evində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun “Tolerant və multikultural dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda mühazirəsi dinlənilib. Tolerantlıq anlayışı, tarixən Azərbaycanda mövcud olan birgəyaşayış barədə ətraflı məlumat verən G.İsmayılov vurğulayıb ki, ölkəmizdə daim bütün dinlərə və fərqli mədəniyyətlərin nümayəndələrinə eyni qayğı ilə yanaşılıb. Azərbaycanda milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması buna əyani sübutdur. Tolerantlıq ölkəmizin ideoloji, milli, ictimai təhlükəsizliyinin təminatıdır, xalqımızın genetik yaddaşında kök salmış bir dəyərdir.

Tədbirdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan Nardaran Bilik Evinin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə birgə yaşadığını deyib.

Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin bütün bölgələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.