REGİONLAR
Bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 28-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Yaşma-Siyəzən” magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zaqatala”, Qazax magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, o cümlədən Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ələt” və “Qubaxəlilli” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir müddətində Qazax rayonunun Şıxlı, İsmayıllı rayonunun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.