Binəqədi rayonunda əlamətdar günlər zəngin bədii proqramlarla yadda qalıb
Bakı, 18 noyabr, AZƏRTAC
Binəqədi rayonunda Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə tədbirlər keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun 284 nömrəli tam orta məktəbində Konstitusiya Günü münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilib.
Tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.
Milli Dirçəliş Günü münasibətilə daha bir tədbir Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşdirilib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Əməkdar Mədəniyyət İşçisi, şair - dramaturq İftixar Piriyevin “Qalx ayağa, Azərbaycan” tamaşası səhnələşdirilib. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi öz əksini tapıb, xalqımızın məruz qaldığı soyqırımları obrazların dili ilə canlandırılıb.
Tədbirdə çıxış edənlər Milli Dirçəliş Gününün tarixindən və siyasi əhəmiyyətindən söz açıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]