CƏMİYYƏT


“Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası” layihəsinə yekun vurulub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi (İB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri və layihə rəhbəri Ruhiyyə Məmmədova görülmüş işlərlə bağlı məlumat verib. Bildirib ki, layihə çərçivəsində monitorinqlər aparılıb və Binəqədi rayonunun 6,7,8 və 9-cu mikrorayonlarda sosial xidmətlərə ehtiyacı və hüquqi olan 14 vətəndaş müəyyən olunub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə siyahı yollanılıb və həmin vətəndaşların bu xidmətdən yararlanmaları üçün müvafiq işlər aparılır.

Eyni zamanda pilot ərazidə sosial məişət xidməti alan 25 ahıl vətəndaş arasında mini sorğular təşkil edilib. Sorğular əsasən sosial işçilərin davranışı, istifadə olunan xidmətlərin tərkibi və yeni arzu olunan xidmətlərlə bağlı olub.

Layihə rəhbəri qeyd edib ki, ahıl və tənha vətəndaşlar üçün teatr turları təşkil edilib.

Tədbirdə layihə çərçivəsində görülən işlərlə bağlı slayd və videoçarx nümayiş olunub.

Digər natiqlər də layihənin əhəmiyyətindən, ahıl və tənha vətəndaşlara dövlətin qayğısından, vətəndaş cəmiyyəti təşkilatlarının da bu prosesdə iştirakı məsələlərindən danışıb və təkliflərlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.