CƏMİYYƏT


Bir sıra dövlətlər iqlim üzrə Paris sazişinə qoşulublar

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iqlim üzrə Paris sazişinə həsr olunmuş yüksək səviyyəli iclas keçirilib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, tədbirdə 31 dövlətin nümayəndələri Paris sazişinin ratifikasiyası haqqında sənədlərini baş katibə təhvil veriblər.

“İstixana qazlarının emissiyası artır. Havanın temperaturu yüksəlir. İqlim dəyişmələrinin nəticələri dərinləşir. Heç bir dövlət, heç bir cəmiyyət bu nəticələrdən sığortalanmayıb. İlk növbədə zəif dövlətlər bunu hiss edir və daha çox əziyyət çəkir. Gözləməyə vaxtımız yoxdur”, - deyə Pan Gi Mun yüksək səviyyəli görüş iştirakçılarına müraciət edib.

BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris sazişi istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq üçündür. Müqavilənin imazalanmasına bu il aprelin 22-dən başlanılıb. O vaxtdan bu sənədi 180-dən artıq dövlət imzalayıb. BMT-nin başçısı deyib ki, bu həftənin sonuna qədər siyahı 190 dövlətlə tamamlanacaq. Gözlənilir ki, bir sıra ölkələr, o cümlədən Qırğızıstan və Türkmənistan da sazişi imzalayacaqlar.

Sazişin qüvvəyə minməsi üçün onun 55 dövlət tərəfindən ratifikasiya edilməsi tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.