DÜNYA


Boris Svetlov: “Yubiley ilindəki “Slavyan bazar”ı 25 il ərzində baş verən mədəni hadisələrin hesabatıdır

A+ A

Minsk, 30 iyun, AZƏRTAC

“Vitebskdə slavyan bazarı” XXV Beynəlxalq incəsənət festivalı bir növ, 25 ildə baş verən mədəni hadisələrin hesabatıdır. AZƏRTAC “BELTA” agentliyinə istinadla xəbər verir ki, bunu festivalın təşkilat komitəsinin iclasından sonra jurnalistlərlə söhbətində Belarusun mədəniyyət naziri Boris Svetlov deyib.

Nazir deyib: “2016-cı il Belarusda “Mədəniyyət ili”dir. Bu, “Vitebskdə slavyan bazarı”nın əsas ideyasıdır və festival həmin kontekstdə keçirilir. Bununla bərabər, həm Vitebskdə, həm də digər yerlərdə 25 il ərzində baş verən mədəni hadisələr haqqında hesabatdır. Əlbəttə, bu, ötən illərdə alqışladığımız köhnə dostların və gənc nəslin bizə bəxş etdiyi bayramdır”.

“Vitebskdə slavyan bazarı” XXV Beynəlxalq incəsənət festivalı iyulun 14-18-də keçiriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.