CƏMİYYƏT


Boston şəhər meriyası departamentinin və gənclər şurasının rəhbəri Gənclər Fondunun qonağı olub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Boston şəhər meriyası departamentinin və gənclər şurasının rəhbəri Françesko Tena Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, qurumun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva qonağa Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərini nəzərə çatdırıb.

Boston şəhərində gənclərlə bağlı həyata keçirilən layihələr haqqında məlumat verən Françesko Teno Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.