İDMAN
“Böyük dəbilqə” beynəlxalq turnirinin ikinci günü start götürüb
Bakı, 11 mart, AZƏRTAC
Bakıda “Böyük dəbilqə” beynəlxalq turnirinin ikinci günündə 16 Azərbaycan cüdoçusu çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, 73 kiloqrama qədər çəki dərəcəsində Rüstəm Orucov Martin Xocak (Sloveniya) - Omari Niazaşvili (Gürcüstan) görüşünün qalibi, Hidayət Heydərov İşen Amanov (Qırğızıstan) - Hikmatitox Turayev (Özbəkistan) görüşünün qalibi ilə qarşılaşacaqlar. Elvin Mustafayev tatamidə ukraynalı Dmitro Kanivetsi, Telman Vəliyev qazaxıstanlı Eldos Jumaxanovu qəbul edəcəklər.
Səksən bir kiloqrama qədər çəki dərəcəsində Rüfət İsmayılov özbəkistanlı Sunatulla Əzimov, Vüqar Bayramov gürcüstanlı Georgi Papiaşvili, Afiq Səfərli iranlı Sayed Mollaye, Tural Hüseynov monqolustanlı Unqantabar Otqonbatar ilə görüşəcəklər.
Qadın cüdoçuların yarışlarında 63 kiloqrama qədər çəki dərəcəsində birinci görüşdə Xanım Hüseynova və Nuriyyə Axundova qarşılaşacaqlar. Nərgiz Hacıyeva Busra Katipoğlu (Türkiyə), Gülsədəf Kərimova Andrea Leski ilə mübarizə aparacaqlar.
Yetmiş kiloqrama qədər çəki dərəcəsində iki azərbaycanlı cüdoçu - Aida Baxşiyeva və Aysel İmamverdiyeva, habelə Nərgiz İbrahimova və Elvismar Rodriges (Venesuela), Validə Mirzəzadə və Barbara Matiş (Xorvatiya) qarşılaşacaqlar.
Qeyd edim ki, turnirin birinci gününün yekunlarına görə, Azərbaycan komandasının aktivində Orxan Səfərovun (60 kq) qazandığı bir bürünc medal var. Orxan finalda braziliyalı Erik Takabatakeyə qalib gəlib.