DÜNYA


Britaniya alimləri səhərlər pis əhvali-ruhiyyənin səbəblərini araşdırıblar

A+ A

Bakı, 4 noyabr, Günel Məlikova, AZƏRTAC

Londonun Universitet Kollecinin mütəxəssisləri səhərlər insanlarda müşahidə olunan pis əhvali-ruhiyyənin səbəblərini araşdırıblar. Məlum olub ki, xoş əhvali-ruhiyyə və gümrahlığın təminatı bizim neçə saat yuxuda olmağımız deyil, hansı vəziyyətdə yatmağımızdır.

AZƏRTAC “Mir 24” saytına istinadla xəbər verir ki, könüllülər arasında aparılan tədqiqatlar sol yanı üstə və ən əsası çarpayının sol tərəfində yatanların səhərlər daha dincəlmiş və gümrah oyandıqlarını göstərib.

Məlum olub ki, embrion formasında, yəni yanı üstə, ayaqları dizdən bükülmüş və özünə tərəf çəkilmiş halda yatanlar daha tez - təxmini 10-15 dəqiqəyə yuxuya gedirlər. Məhz belə “qapalı” vəziyyət bədəni maksimal hərəkətsiz və yüksək hərarətdə saxlayır ki, bu da daha dərin yuxuya səbəb olur.

Bundan əlavə, alimlər üzüstə yatmağın sağlamlığa ziyan verdiyini bildiriblər. Belə vəziyyətdə yatanlar başlarını yana çevirirlər ki, bu da onurğa arteriyalarının sıxılmasına səbəb olur. Bu hal beynin qan dövranının pozulması ilə yanaşı, döş qəfəsinə təzyiqi də artırır.

Gənc nəslin kürəküstə yatmadığını söyləyən alimlər bu vəziyyətin yaşlı nəsil arasında daha çox yayıldığını bildiriblər. Bununla yanaşı, mütəxəssislər kürəküstə yatmağın üz dərisi üçün faydalı olduğunu, ürəyin funksiyasının tənzimlənməsinə, əzələlərin gərginliyinin aradan qaldırılmasına kömək etdiyini söyləyirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.