İQTİSADİYYAT


Brokerlərin renkinqində “Unicapital İnvestisiya Şirkəti” liderlik edib

Bakı, 7 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları üzrə Bakı Fond Birjasının (BFB) dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, renkinqə 2,419 milyard manatla “Unicapital İnvestisiya Şirkəti” ASC başçılıq edib. Renkinqdə 1,128 milyard manatla “PAŞA Kapital” İnvestisiya Şirkəti ikinci, 1,101 milyard manatla “İnvest-Az” İnvestisiya Şirkəti üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.