SİYASƏT
Brüsseldə “Dondurulmuş münaqişə bölgələrində su problemi: Sərsəng su anbarı” adlı tədbir keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Respublikası Mili Məclisinin deputatı Cavanşir Feyziyev “Dondurulmuş münaqişə bölgələrində su problemi: Sərsəng su anbarı” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün mayın 30-dan iyunun 1-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının bölgə üçün əhəmiyyəti, hazırkı durumu barədə fikir mübadiləsi aparılacaq. Baxımsızlıq üzündən dağılma ehtimalı olan bu su anbarının təhlükə mənbəyinə çevrilməsi, hər an baş verə biləcək faciənin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [22:27]
İraqda Ulu Öndərin xatirəsi anılıb
- 10.05.2024 [21:48]
COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub
- 10.05.2024 [21:26]