REGİONLAR


Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq

Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq iyulun 30-da festivalın üç konserti və rəsmi açılış mərasimi olacaq. Belə ki, bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olacaq. Konsertdə “Furioso” kvarteti musiqisevərlərə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Həmçinin, bu gün Şəki şəhərində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olacaq. Axşam saat 21:00-da isə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində beynəlxaq musiqi festivalının rəsmi açılış mərasimi olacaq. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.