İDMAN


Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bu mərhələdən etibarən UEFA-nın əmsallar cədvəlində 6-cı yeri tutan Fransadan bürünc mükafatçı “Monako”, eləcə də 7-15-ci yerlərdə qərarlaşan ölkələrin vitse-çempionları mübarizəyə qoşulurlar.

Çempionlar Liqasında hazırda davam edən ikinci təsnifat mərhələsinin 17 qalibi (adları iyulun 19-20-də keçiriləcək cavab görüşlərindən sonra məlum olacaq) ilə yanaşı, qrup mərhələsinə birbaşa vəsiqə qazanma tələblərinə cavab verməyən 3 ən yüksək reytinqli assosiasiya (Yunanıstan, Çexiya və Rumıniya) çempionları yola davam edəcək. Bu yolda “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) cütlüyü də var. Bakıdakı ilk görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Belə ki, qitə futbol qurumu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi üçün komandaları iki qrupa bölüb. Bölgü nəticəsində "Qarabağ”–“Düdelanj” cütünün potensial rəqibləri aşağıdakılardır:

“Viktoriya” (Plzen, Çexiya), “Zalzburq” (Avstriya) – “Liepaya” (Litva), BATE (Borisov, Belarus) - SJK (Finlandiya), “Ludoqorets” (Bolqarıstan) – “Mladost” (Monteneqro) və “Kopenhagen” (Danimarka) – “Kruzeyders” (Şimali İrlandiya) cütlərinin qalibləri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.