İDMAN


Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq

Bakı, 24 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərindədir.

AZƏRTAC xəbər verir ki, millimiz bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Voleybolçularımız Türkiyə yığması ilə üz-üzə gələcəklər. Oyunu portuqaliyalı baş hakim Helio Ormonde idarə edəcək. Ona xorvatiyalı Milan Raykoviç kömək edəcək.

“A” qrupunda yer alan millimiz Türkiyə yığması ilə yanaşı, Almaniya, Ukrayna, Fransa və İslandiya komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.