MƏDƏNİYYƏT


Bu həftəsonu Musiqili Teatrda 6 tamaşa nümayiş olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 21-i, 22-si və 23-də “Kimdir müqəssir?”, “Meşə çaqqalsız olmaz”, “999-cu gecə”, “Dəcəl çəpişlər” və “Amerikalı kürəkən” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 21-i və 22-də “Meşə çaqqalsız olmaz”, 23-də isə “Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün nümayiş olunacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.