CƏMİYYƏT


Bu il Bakıda 106 minə yaxın piyada cərimələnib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu il yanvarın 1-dən oktyabrın 16-dək Bakıda 106 minə yaxın piyada cərimələnib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, bu müddətdə piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə onların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlər keçirilib. Nəticədə 105 min 615 piyada “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun tərtib edilən protokol əsasında 20 manat cərimə edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması hallarının azaldığını qeyd edən V.Əsədov deyib: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Yüzdən artıq polis əməkdaşı həmin ərazilərdə xidmət aparır. Bu, o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib. Piyadaların cərimələnməsi qəzaların sayının azalmasına təsir edib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.