CƏMİYYƏT
Bu ilin birinci yarısında yeni doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub
Bakı, 17 iyul, AZƏRTAC
Cari ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu ilin birinci yarısında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1343 uşağa Yusif adı verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410) və Tunar (400) tutur.
Bu ilin altı ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1256 dəfə). Sonrakı yerlərdə isə Nuray (1015), Zeynəb (760), Məryəm (721),
Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508), Ayandır (494).
Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsi də yer alır. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.