DÜNYA


Çexiya işsizliyin səviyyəsinə görə Avropada ən yaxşı göstəricini qoruyub saxlayır

A+ A

Praqa, 2 iyul, AZƏRTAC

Avropa İttifaqına daxil olan bütün ölkələr arasında işsizliyin ən aşağı səviyyəsi Çex Respublikasında müşahidə olunur: 4 faiz. Müqayisə üçün deyək ki, bu göstərici Maltada 4,1 faiz, Almaniya isə 4,2 faiz təşkil edib. İşə düzəlmək ilə bağlı ən böyük problemlərlə Yunanıstan və İspaniya sakinləri üzləşirlər. Son 7 ildə Aİ-də işsizlik səviyyəsi azalaraq tarixi minimum həddə düşüb: 8,6 faiz. Bu göstərici avrozonada 10,1 faizi azalıb. Bu da 2011-ci ildən başlayaraq ən aşağı göstəricidir.

Avrostatın məlumatına görə, 2016-cı ilin mayında Aİ-nin 28 ölkəsində qeydə alınan 21,084 milyon işsizin 16,267 milyon nəfəri avrozonanın payına düşüb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.