DÜNYA


Çində “qırmızı” dalğa təhlükəsi elan edilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Çin hökuməti “Sarika” qasırğasının yaxınlaşması səbəbindən oktyabrın 17-də və “sarı” qasırğa təhlükəsi səviyyəsi elan edilib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, “Sarika” Xaynan ada əyalətinin cənub hissəsinin şərq sahillərinə çərşənbə axşamı günü yetişəcək. Sinoptiklərin məlumatına görə, dənizdə dalğanın hündürlüyü 12 metrə çata bilər. Mülki Administrasiya Nazirliyi və Təbii Fəlakət Nəticələrinin Minimumlaşdırılması üzrə Dövlət Komitəsi artıq “Sarika” və “Hayma” qasırğasının yaxınlaşması səbəbindən təcili reaksiya mexanizmini işə salıb. Oktyabrın 20-də “Hayma” qasırğasının Quanduan əyalətinə çatacağı gözlənilir.

Hökumət təbii fəlakətin təsir dairəsinə düşə biləcək rayonların əhalisinə ən azı 1-3 günlük ərzaq ehtiyatı toplamağı tövsiyə edib.

Ölkənin meteorologiya xidmətinin məlumatına əsasən leysan yağışları Çinin əksər rayonlarında təxminən 3-5 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.